İranda mütəşəkkil silahlı qruplaşma ləğv edildi

26 Dekabr 2019 18:18 (UTC+04:00)

İran xüsusi xidmət orqanları 13 nəfərdən ibarət terrorçu qruplaşmanı ləğv edib.

“Fars news” agentliyi xəbər verir ki, qruplaşmanın üzvləri ötən il sentyabrın 22-də Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aksiyasında iştirak ediblər. Əhvazda törədilən terror aksiyasında 30 nəfər, o cümlədən 1 körpə uşaq və 2 qadın qətlə yetirilib.

Xəbərdə bildirilib ki, silahlı qruplaşmanın izinə düşən xüsusi xidmət orqanlarının əməkdaşları onlara təslim olmağı təklif ediblər. Lakin terrorçular silahlı müqavimət göstəriblər. Nəticədə terrorçular zərərsizləşdiriliblər.(AZƏRTAC)

AzNews.az