La Liqa təmsilçisi 38 yaşlı futbolçusu ilə müqaviləni uzatdı

26 Dekabr 2019 19:21 (UTC+04:00)

İspaniyanın "Betis" klubu futbolçusu Xoakin Sançeslə müqavilənin müddətini uzadıb.

Klubun rəsmi saytı xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Xoakin Sançes "Betis"in yetirməsidir. O, 1999 - 2006-cı illərdə klubun əsas komandasında çıxış edib. Təcrübəli oyunçu "Valensiya", "Malaqa" və İtaliyanın "Fiorentina" klubunun formasını geyindikdən sonra 2015-ci ildə yenidən "Betis"ə qayıdıb.(report.az)

AzNews.az