Yunanıstanda miqrantların yerləşdirilməsi ilə bağlı problemlər kəskinləşir

26 Dekabr 2019 20:37 (UTC+04:00)

Yunanıstan hökuməti gələn il ölkəyə miqrant axınının güclənəcəyini ehtimal edir.

Ölkə bu məsələdə Avropa İttifaqının yardım etməsini gözləyir.

Hazırkı vəziyyətin 2015-ci ildə baş verən miqrasiya böhranından daha təhlükəli olduğu bildirilir.

Yunanıstana üz tutanların sayı 2015-ci illə müqayisədə 850 faiz artıb. Hökumət 2020-ci ildə 100 min qaçqını Lesbos və Samos adalarına yerləşdirməyi planlaşdırır. Vəziyyət o yerə çatıb ki, bəzi adalarda miqrantların sayı yerli əhalinin sayından çoxdur.(AZƏRTAC)

AzNews.az