Monteneqrodakı serblər nədən narazıdırlar?

26 Dekabr 2019 21:29 (UTC+04:00)

Monteneqroda yaşayan serblər ölkə qanunvericiliyində dinlə bağlı edilən dəyişiklikdən narazıdırlar və buna görə kütləvi etirazlara başlayıblar.

Etirazçılar yeni qanunun serb pravoslav kilsəsinin haqlarını pozduğunu bildirirlər. “Dini azadlıqlar və dini qurumların hüquqları haqqında” Qanuna edilən dəyişikliyə əsasən, Monteneqroda fəaliyyət göstərən bütün dini cəmiyyətlər 1918-ci ilədək olan varlıqlarını sübut etməlidirlər. Ancaq bunu sübut edə bilən cəmiyyətlərin fəaliyyətinə icazə veriləcək. Məhz həmin ildə Monteneqro Serbiya Krallığına, daha sonrakı dövrdə isə Yuqoslaviyaya birləşdirilmişdi.

Hazırda orta əsrə aid 66 kilsəsi olan serb pravoslav monastrı onlarla kilsə və digər daşınmaz əmlak ilə ölkədə ən çox üzvə malikdir. Serb yepiskop Metodiy Monteneqro parlamentinin bu dəyişiklik barədə qərarını konstitusiyaya zidd addım adlandırıb və bütün beynəlxalq institutlara müraciət edəcəklərini açıqlayıb.(AZƏRTAC)

AzNews.az