İlk emaili kim yazıb?

24 May 2013 09:00 (UTC+04:00)



İlk email Ray Tomlinson tərəfindən göndərilib. O, emaili 1971-ci ildə özü özünə göndərib. Göndərilən ilk məktubda isə təsadüfü düymələrə basaraq "QWERTYIOP" yazmışdı.

Bu gün çoxumuzun emaili spam (öz istəyimizdən asılı olmayaraq gələn email) dolub daşır. İlk spam isə 1978-ci ildə internetin öncülərindən sayılan Arpanet tərəfindən 393 nəfərə göndərilib.

İlk internet saytı 1991-ci ilə açılıb. Saytda internet haqqında məlumatlar yer alırdı.

İnternetə ilk rəsim Tim Burners tərəfindən yüklənib. Şəkil komediya qrupu olan "Les Horrible Cernettes"a aid idi.

"Amazon"dan ilk kitab 1995-ci ildə satılıb.

"Facebook"ilk istifadəçisi elə onun qurucusu olan Mark Zuckerberq olub. Sosial şəbəkənin qurucusu deyil, lakin ilk üzvi olan isə indi tələbə olan Arie Hasitdir.

"Youtube"a ilk video Javed Karim tərəfindən yüklənib. Kərim həm də bu video portalın yaradıcılarındandır. 2005-ci ildə yüklənən video San Diyeqo heyvanxanasında çəkilib. Bu günə qədər bu video 10 milyondna çox izlənilib.

İlk "tweet"in sahibi isə Jak Dorseydir. 2006-cı ildə atdığı mesajda o "Twitter-imi qururuam" deyə yazıb. (anspress)

AzNews.az