Şirvanda yol qəzası: 4 ölü var - FOTO

27 Dekabr 2019 12:02 (UTC+04:00)

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şirvanın girişində qeydə alınıb. “Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər ölüb. Ölənlərin 3-ü qadın, 1-i kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gedirlərmiş. (APA)

AzNews.az