Türkiyədə zəlzələ oldu

27 Dekabr 2019 12:41 (UTC+04:00)

Türkiyənin Elaziğ şəhərinin Sivrice rayonunda 4.9 bal gücündə zəlzələ baş verib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə, yerli vaxtla saat 10.02-də qeydə alınan yeraltı təkanların ocağı 7 kilometr dərinlikdədir.

Zəlzələ ətraf bölgələrdə də hiss olunub.

Dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.

AzNews.az