Şad xəbər: Maaşlar artırılacaq

24 May 2013 09:10 (UTC+04:00)
"Hökumət nümayəndələri əmək haqqlarının yaxın vaxtlarda mütləq artırılacağını bildirdilər". AzNews.az-ın məlumatına görə, bu sözləri deputat Əli Məsimli sosial şəbəkələrdən birindəki şəxsi hesabında yazıb.


Deputat bildirib ki, Milli Məclisin İqtisadi Siyasət Komitəsinin dünənki iclasında hökumət nümayəndələrinə bu barədə sual ünvanlayıb. O, komitənin son iclasında deputat həmkarı Vahid Əhmədovla birlikdə həm də 3 zəruri məsələ qaldırdığını bildirib.

1.Əmək haqqı və pensiyaların artırımlası məsələsinin yaxın vaxtlarda həll edilməsi
2.Rayon mərkəzləri ilə yanaşı, kəndlərin də içməli su probleminin həllinin sürətləndirilməsi
3.Kənd yollarının əsaslı surətdə yenidən qurulması və kəndlərə rahat yolların çəkilməsi.

Deputatın sözlərinə görə, hökumət nümayəndələri qaldırdıqları digər iki məsələnin, yəni kənd yollarının yenidən qurulması, kəndlərin icməli su ilə təchizatı məsələlərinin aktual olduğunu və həlli istiqamətində mütləq addımlar atılacağını bildiriblər: "Kəndlərin qazlaşdırılması məsələsini isə bu ayın əvvəlində qaldırmışdıq".

Anar
AzNews.az