İstanbul boğazında gəmi sahilə çırpılıb

27 Dekabr 2019 14:03 (UTC+04:00)

Türkiyənin İstanbul boğazında “Songa İridium” adlı gəmi sahilə çırpılıb.

Qəza Sarıyer Aşianda olub.

Bildirilib ki, gəmi Ukraynanın Odessa limanından İstanbula gəlib. 23 633 qroston ağırlığında, 191 metr uzunluğunda olan gəmidə baş verən qəzanın səbəbi hələ ki məlum deyil.

Gəmi İstanbul boğazında, Rumeli hisarında lövbər salıb. (Report)

AzNews.az