PineBridge: Gələn il istiqraz faizləri yüksələcək

27 Dekabr 2019 14:15 (UTC+04:00)

"PineBridge" investisiya şikəti ABŞ-ın istiqraz faizləri bazar iştirakçılarının bu ilin iqtisadi göstəricilərinə olan pessimiziminin azalması ilə gələn il yüksələcəyini açıqlayıb.

İqtisadiyyatdakı mənfi tendensiyaların gələn ilin ilk rübündə azalacağını vurğulayan investisiya şikətinin rəhbəri Maykl Kelli, xəzinə istiqraz faizlərinin isə gələn il 2,25-2,50% səviyyəsinədək qaldırılmalı olduğunu proqnozlaşdırıb.

M.Kellinin sözlərinə görə, qlobal səhm bazarı şirkətlərin mənfəətlərini artması və mərkəzi bankların balans hesabatlarını genişlətməsi nəticəsində "daha səxavətli olacaq".

O qeyd edib ki, aparıcı maliyyə mərkəzlərinin mərkəzi bankları gələn il də aşağı faiz dərəcələrini saxlayacaq. Yaponiya və Avropadakı mənfi faiz dərəcələri isə bəzi xarici investorları müsbət faiz dərəcələrinin olduğu ABŞ istiqraz bazarına yönəldəcək.

Bundan başqa, M.Kelli yerli valyutada olan bazar istiqrazlarının dolların sabit kursu və müsbət faiz dərəcələri vasitəsi ilə digər valyutalarda olan istiqrazlardan daha güclü mövqedə olacağını bildirib. (Report)

AzNews.az