Ərdoğan müxalifət liderini məhkəməyə verdi

24 May 2013 09:27 (UTC+04:00)



Trend-in məlumatına görə, bu barədə cümə günü "Anadolu" agentliyi xəbər yayıb.

Məlumata görə, Ərdoğanın Kılıçdaroğluna qarşı tələbində bildirilir ki, Baş nazir ona dəyən mənəvi zərərə görə bir milyon türk lirəsi həcmində kompensasiya tələb edir.

Türkiyənin Baş nazirinin vəkilləri Kılıçdaroğlunun Ərdoğanı Reyhanlıda törədilən terror aktında 51 nəfərin ölməsində günahlandırmasından sonra məhkəməyə müraciət edib. Bundan əlavə, Kılıçdaroğlu bildirib ki, Ərdoğanda Əsəd kimi antidemokratik siyasət yürüdür.

AzNews.az