İmişlidə ağır qəza - Ata və oğul yaralandı

27 Dekabr 2019 21:24 (UTC+04:00)

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İmişli rayonunun Qaralar kəndində qeydə alınıb.

Qaralar kənd sakini, 1990-cı il təvəllüdlü Quliyev Elvüsal Gülhüseyin oğlunun idarə etdiyi “QAZel” markalı avtomobilin minik maşını ilə toqquşması nəticəsində sonuncuda olan sərnişin - sürücünün atası, 1957-ci il təvəllüdlü Quliyev Gülhüseyin Qulu oğlu kəllə-beyin travması ilə ağır vəziyyətdə İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib. Sürücü nisbətən yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az