49 yaşlı kişini kafedə döydülər

27 Dekabr 2019 23:41 (UTC+04:00)

Abşeronda döyülmə hadisəsi baş verib.

Hadisə Xırdalan dairəsində yerləşən kafelərin birində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Zamanov Faiq Nəcəf oğlu naməlum şəxslər tərəfindən döyülüb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın nahiyəsinin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub.(report.az)

AzNews.az