Yaraqlılar Bağdadinin intiqamını aldılar – Edamlar başladı

28 Dekabr 2019 04:29 (UTC+04:00)

Nigeriyalı yaraqlılar Borno ştatında ələ keçirdikləri 11 xaçpərəsti edam ediblər.

Britaniyanın BBC mediakorporasiyası terrorçular tərəfindən çəkilmiş videoya əsasən bildirir ki, kişinin birini başından güllə ilə vurublar, digərlərinin isə başını kəsiblər.

Hadisəyə görə məsuliyyəti Qərbi Afrikada İŞİD-in strukturuna daxil olan ekstremistlər öz üzərinə götürüblər.

Yaraqlılar əsirləri Milad bayramı günü edam edərək, bununla İŞİD-in rəhbəri Əbubəkr əl-Bağdadinin öldürülməsinə görə intiqam aldıqlarını bildiriblər.

Nigeriya hökuməti dəhşətli videoroliki hələ şərh etməyib.

Xatırladaq ki, əl-Bağdadi oktyabrın sonunda Suriyanın şimalında ABŞ tərəfindən aparılan xüsusi əməliyyat zamanı öldürülüb.