Silahlılar Suriyada hava limanına hücum etməyə cəhd edib

28 Dekabr 2019 06:19 (UTC+04:00)

Terroristlər pilotsuz uçan aparatlardan istifadə edərək Suriyanın Hama şəhərində yerləşən hərbi aerodroma hücum etməyə cəhd ediblər.

Bu barədə "Sham FM" radiostansiyası bildirib.

Məlumata əsasən, Suriya hökuməti ordusunun zenit-raket sistemləri Həma hərbi aerodromuna yaxınlaşmağa çalışan terrorçu dronlarının hücumunu dəf edib.

Suriya ordusu tərəfindən 19 dekabrda İdlib vilayətində başlatdığı əməliyyat fonunda terrorçuların pilotsuz təyyarələrin köməyi ilə hücumları daha tez-tez müşahidə olunur. (trend)

AzNews.az