Kürdəmir sakini həmkəndlisi tərəfindən döyülüb

28 Dekabr 2019 07:00 (UTC+04:00)

Kürdəmir rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Karrar kəndində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü İbrahimov Müzəffər Elçin oğlu ilə həmkəndlisi Orxan adlı şəxs (soyadı dəqiqləşdirilir-red) arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib və M.İbrahimov bu zaman küt alətlə ağız nahiyəsindən xəsarət alıb. Yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə çatdırılıb. Həkimlər xəstəyə ilkin tibbi yardım göstərib, onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az