Naxçıvanda növbəti snayper hazırlığı kursu başa çatıb

28 Dekabr 2019 18:53 (UTC+04:00)

Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib. Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək hər iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığın və snayper hazırlığı kursunun əhəmiyyətindən danışıblar.

Sonda məzunlara sertifikat və hədiyyələr təqdim edilib, kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub.

AzNews.az