Fransada nəqliyyat işçiləri tətil edirlər

28 Dekabr 2019 19:48 (UTC+04:00)

Fransada Yeni il bayramlarının yaxınlaşmasına baxmayaraq, ictimai nəqliyyat işçilərinin tətili davam edir.

“İnterfax” xəbər verir ki, bu gün 10 TGV sürət qatarından 6-sı işləyir.

Paris metrosunun altı xətti bütövlüklə, 7 xətti qismən fəaliyyətini dondurub, yalnız avtomatik çalışan iki xətti normal rejimdə çalışır. Paytaxtın tramvay xətləri də tətildə iştirak edir. Parisin ətraf ərazisindəki nəqliyyat sistemində də axsamalar yaranıb.

Nəqliyyat naziri Elizabet Born əvvəlki tətillərin daha ciddi çətinliklər yaratdığını, bu dəfə vəziyyətin nisbətən məqbul olduğunu bildirib.

Xatırladaq ki, bir neçə həftədir həmkarlar ittifaqlarının təşəbbüsü ilə Fransa hökumətinin hazırladığı təqaüd islahatına qarşı kütləvi etiraz aksiyaları və tətillər keçirilir.(report.az)

AzNews.az