ABŞ-da təyyarə qəzası - Ölənlər var

28 Dekabr 2019 21:56 (UTC+04:00)

ABŞ-ın Lafayett şəhərinin (Luiziana ştatı) yaxınlığında göyərtəsində 6 nəfər olan yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Bu barədə “Fox News” məlumat yayıb.

Hadisə yerli vaxtla 09:22-də (17:22 – Bakı vaxtı ilə) baş verib.

Aerodromdan qalxan təyyarə 1,5 km məsafə uçduqdan sonra, “Walmart” mağazalar şəbəkəsinin yanında yerləşən avtomobil dayanacağına düşüb.

Yerli “KPEL” radiostansiyası qəza nəticəsində azı beş nəfərin öldüyü barədə məlumat yayıb.

Qəza yerinə xilasedicilər və polis əməkdaşları cəlb edilib.(report.az)

AzNews.az