Nalayiq söz işlətdiyinə görə bıçaqlandı

28 Dekabr 2019 23:08 (UTC+04:00)

Mingəçevirdə mübahisə bıçaqlanma ilə nəticələnib.

Hadisə Sənaye Parkı yaxınlığındakı yaşayış sektorunda baş verib.

1980-ci il təvəllüdlü şəhər sakini Kərimov Ramiz Qəzənfər oğlu içkili vəziyyətdə 41 yaşlı şəhər sakini Kərimov Elşən Eldar oğlunun yaşadığı əraziyə gəlib və aralarında mübahisə yaranıb.

Çağırılmamış qonaq Elşən Kərimovu təhqirə məruz qoyaraq fiziki güc tətbiq edib. Mübahisə ciddi münaqişəyə çevrilib və nəticədə Ramiz Kərimov bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Elşən Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az