Kürdəmirdə iki yük maşını toqquşdu - Sürücülərdən biri öldü

29 Dekabr 2019 00:00 (UTC+04:00)

Kürdəmir rayonu ərazisində ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunda, Hacıqabul və Kürdəmir rayonlarının sərhədində qeydə alınıb.

Kürdəmir rayonunun Sığırlı kəndinə yaxın ərazidə “MAN” markalı yük maşını “KamAZ” markalı avtomobilə arxadan çırpılıb. Nəticədə “MAN”ın sürücüsü hadisə yerində ölüb. Sürücünün meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına yerləşdirlib. Hələlik sürücünün şəxsiyyəti müəyyən edilməyib.

Faktla bağlı BDYPİ-nin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.(apa.az)

AzNews.az