Türkiyədə zəlzələ baş verib

29 Dekabr 2019 06:55 (UTC+04:00)

Türkiyədə 3,2 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri ölkənin paytaxtı Ankaradan 86 kilometr şimalda, ocağı isə 3 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

AzNews.az