Nyu-Yorkda ahıl kişi 1 dollara görə öldürülüb

29 Dekabr 2019 08:00 (UTC+04:00)

Nyu-Yorkda soyğunçuların hücumuna məruz qalan və 1 dollara görə döyülən 60 yaşlı ahıl kişi xəstəxanada dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə “USA Today” məlumat yayıb.

Xəsarət alan Xuan Fresnada, döyüldükdən sonra ağır vəziyyətdə çatdırıldığı Bronk xəstəxanasında ölüb.

Polisdən verilən məlumata görə, Fresnada dostu ilə gecə saatlarında Bronksdakı Üçüncü prospektdə gəzdiyi zaman soyğunçular onlara yaxınlaşaraq pul tələb edib. Lakin yaşlı kişi onların tələbini yerinə yetirməyib və nəticədə o, ölümcül döyülüb.

Hüquq mühafizə orqanlarının əməkdaşları soyğunçuların yalnız 1 dollar oğurladıqlarını bəyan ediblər.

AzNews.az