KİV: Ronaldo “Real Madrid”ə qayıdır

29 Dekabr 2019 09:02 (UTC+04:00)

“Yuventus”un məşhur portuqaliyalı hücumçusu Kriştiano Ronaldo gələn il İspaniya “Real Madrid”inə qayıda bilər.

Bu barədə “GOL” nəşri xəbər yayıb.

Nəşrin yazdığına görə, “Real Madrid”in prezidenti Florentino Peres portuqaliyalı futbolçu ilə şəxsən görüşüb və onu yenidən kluba qayıtmağa inandırıb. Qeyd olunub ki, “Real” Ronaldonu qış transfer pəncərəsində əldə etmək niyyətindədir.

Bu mövsüm 34 yaşlı Ronaldo İtaliya futbol çempionatının 14 oyununda 10 qol vurub. O, “Real” futbol klubunda 2009-cu ildən 2018-ci ilə qədər oynayıb. (report)

AzNews.az