Öz evində qohumunu bıçaqladı

29 Dekabr 2019 16:38 (UTC+04:00)

Mingəçevir şəhəri ərazisində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən E.Kərimov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Mingəçevir şəhərində yaşayan E.Kərimov evində münaqişə zəminində Yevlax rayon sakini olan qohumu R.Kərimova bıçaqla xəsarət yetirib.

Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən E.Kərimov saxlanılıb.

Araşdırma aparılır.

AzNews.az