Maqnus Karlsen dünya çempionu oldu

29 Dekabr 2019 20:18 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada Rapid üzrə Dünya Çempionatı ("King Salman World Cup") başa çatıb.

Rapid yarışının sonunda şahmat həvəskarları norveçli Maqnus Karlsenin möhtəşəm qələbəsinin şahidi olublar.

Maqnus 11.5 xalla 3-cü dəfə Rapid üzrə Dünya Çempionu adını qazanıb.

İkinci yeri Maqnusdan 1 xal toplayan eks-iranl Alirza Firuja tutub. Xatırladaq ki, Alirza Firuja dünya çempionatından bir neçə gün əvəl İran bayrağı altında çıxış etməkdən imtina etmişdi və o DÇ-da FİDE bayrağı altında çıxış etdi.

Üçüncü yerin sahibi isə amerikalı Hikaru Nakamura olub.

Təmsilçilərimizə gəlincə, ötənilki DÇ-ın gümüş mükafatçısı Şəhriyar Məmmədyarov 9.5 xalla 12-ci, Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli 9 xalla 28-49-cu yerləri bölüşüblər. Gənc istedadlarımız çempionatı Aydın Süleymanlı 7 xalla 121-ci, Namiq Quliyev isə yarışı 137-ci pillədə bitiriblər.

Qadınların yarışında isə Dünya Çempionu hindistanlı Humpu Koneru olub, ikinci yeri çinli Li Tinqyi, üçüncü pillənin sürpriz sahibəsi isə Türkiyəni təmsil edən Natalya Atalık olub.

Təmsilçilərimiz Ülviyyə Fətəliyeva 7.5 xalla 26-cı, Gülnar Məmmədova 7 xalla 31-ci, Günay Məmmədzadə 6.5 xalla 48-ci, Zeynəb Məmmədyarova 5.5 xalla 84-cü, Türkan Məmmədyarova isə 5 xalla 88-ci olublar.(trend.az)

AzNews.az