Ərdoğan Merkellə telefonla danışdı

29 Dekabr 2019 21:40 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildirilib.

Məlumata görə, tərəflər regional məsələləri, ilk növbədə Liviyada və Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.

Telefon danışığında həmçinin ikitərəfli əlaqələrə də toxunulub. (Report)

AzNews.az