Rusiyada terrorçular yaxalandı

29 Dekabr 2019 21:44 (UTC+04:00)

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yeni ildə Sankt-Peterburqda insanların kütləvi toplaşdığı yerlərdə terror aktları törətmək niyyətində olan 2 nəfəri yaxalayıb.

Bu barədə RİA "Novosti"yə istinadən xəbər verilir.

Həmin şəxslərin Rusiya vətəndaşları olduqları bildirilir. Qeyd edilir ki, terror aktına hazırlıq barədə informasiyanı ABŞ-ın xüsusi xidmət orqanları verib.

Rusiyanın İstintaq Komitəsi faktla bağlı "Cinayətin törədilməsinə hazırlıq", "Terrorçuluq" və "Terror təşkilatlarının fəaliyyətində iştirak" maddələri üzrə cinayət işi qaldırıb.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin telefon danışığında ABŞ dövlət başçısı Donald Trampa terror aktının qarşısının alınmasında köməyə görə təşəkkür edib. Liderlər terrorçuluqla mübarizədə əməkdaşlığı davam etməyi razılaşdırıblar. (Report)

AzNews.az