Məşhur Şotland yazıçısı Alasder Qrey 85 yaşında vəfat edib

30 Dekabr 2019 09:00 (UTC+04:00)

Məşhur Şotland yazıçısı və rəssamı Alasder Qrey 85 yaşında vəfat edib.

Eksperimental romanları ilə məşhur olan yazıçı Qlazqo şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

1934-cü ildə Qlazqonun şimal-şərqində anadan olan yazıçının ilk romanı 1981-ci ildə dərc olunub.

Yazıçını müasir dövrün Uilyam Bleyki adlandırırdılar.

AzNews.az