Aydın Bəşirov dəfn edildi - YENİLƏNİB

30 Dekabr 2019 13:17 (UTC+04:00)

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov dəfn edilib.

Mərhum bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları iştirak ediblər.

***

Türkiyədə vəfat edən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun cənazəsi Azərbaycana gətirilib.

O, bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

A.Bəşirovun yas mərasimi Təzə Pir məscidində keçiriləcək.

Qeyd edək ki, A.Bəşirov uzun sürən xəstəlikdən sonra Türkiyədə dünyasını dəyişib.

Xatırladaq ki, A.Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Azərbaycan Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. O, 2013-cü ilin oktyabrın 22-dək bu vəzifədə işləyib. (Report)

AzNews.az