İtkin düşən məktəbli qızlar tapılıb

24 May 2013 11:03 (UTC+04:00)


Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakıda itkin düşdükləri bildirilən 3 məktəbli qız 12 yaşlı Nərmin Elman qızı Qəhrəmanova, 15 yaşlı Pərixanım Elman qızı Əsgərova və 17 yaşlı Sevda Səfa qızı Həsənova ötən gün rəfiqələrinin evindən tapılaraq ailələrinə təhvil veriliblər. Məktəblilər 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tapılıblar.

AzNews.az