İspaniyada kilsənin zəng qülləsi partladı - 14 nəfər...

30 Dekabr 2019 20:40 (UTC+04:00)

İspaniyanın Kataloniya muxtar regionunda kilsələrin birində partlayış baş verib.

Hadisə nəticəsində 14 nəfər xəsarət alıb.

Qeyd olunur ki, hadisə Sentelyes qəsəbə kilsəsinin zəng qülləsində qeydə alınıb.

İlkin ehtimallara görə, hadisəyə barıtın partlaması səbəb olub.

Hadisə yerinə 10 təcili yardım maşını, o cümlədən iki helikopter cəlb edilib.(trend.az)

AzNews.az