Filippində Taal vulkanı ilə əlaqədar 90 minə yaxın insanın evakuasiyasına başlanılıb

12 Yanvar 2020 18:42 (UTC+04:00)

Filippin hakimiyyəti Taal vulkanı ilə əlaqədar Batanqas əyalətində 3 yaşayış məntəqəsindən 89 min nəfərin evakuasiyasına başlayıb.

Evakuasiya San Nikolas, Balete və Talisay şəhərlərini əhatə edir.

İnstitut partlayışdan sonra ərazidəki həyəcan səviyyəsini 3-ə qaldırıb. İnstitut Taal vulkanına yaxın ərazilərdən insanların evakuasiya olunmasını tövsiyə edib.

Bu gün vulkanının külləri 1 kilometr hündürlüyə qədər yayılıb. Ölən və yaralanan olmasa da, yerli səhiyyə qurumları vulkan külündən qorunaq üçün insanlara tüstü maskası taxmağı tövsiyə edib. (AZƏRTAC)

AzNews.az