İran ABŞ-la danışıqlara başlasa da, mənim üçün fərqi yoxdur - Tramp

13 Yanvar 2020 12:17 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp İranın rəsmi Vaşinqtonla danışıqlar aparıb-aparmamasının onun üçün fərqi olmadığını bildirib.

AzNews.az xəbər verir ki, o, bu barədə özünün "Twitter" səhifəsində yazıb.

D. Trampın sözlərinə görə, vacib məqam İranın nüvə silahının olmaması və ölkədə etirazçılara qarşı zorakılıq tətbiq edilməməsidir.

"Milli Təhlükəsizlik müşavirinin fikrincə, bu gün sanksiyalar və etirazlar artıq İranı "boğub", bu da onları danışıqlara məcbur edəcək. Əslində, onlar danışıqlara başlasalar da, mənim üçün fərqi yoxdur".

Pərvanə