"Bu, ciddi problemdir" - İordaniya kralı İŞİD-lə bağlı xəbərdarlıq etdi

13 Yanvar 2020 16:44 (UTC+04:00)

İŞİD Yaxın Şərqdə yenidən yüksəlişdədir.

AzNews.az "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə İordaniya Kralı II Abdullah “France 24” telekanalına müsahibəsində deyib.

Müsahibədə həmçinin ABŞ-ın İranla münasibətləri, İsraillə Fələstin arasında sülh prosesi və Suriyadakı münaqişə müzakirə edilib.

O, son bir il ərzində İŞİD-in Cənub-Şərqi Suriya və Qərbi İraqda mövqelərini bərpa etməsindən narahatlığını ifadə edib.

“Biz İŞİD-in yenidən dirçəlməsi məsələsi ilə məşğul olmalıyıq. Bu, ciddi problemdir".

O, Suriyadakı bir çox xarici döyüşçülərin Liviyaya üz tutduğunu vurğulayıb.

Pərvanə