Azərbaycan yığmasında yeni təyinat rəsmiləşib

13 Yanvar 2020 17:35 (UTC+04:00)

Komandanın sabiq məşqçisi Üzeyir İbrahimov yenidən millidə çalışacaq. O, qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

Ü.İbrahimov baş məşqçi Samir Əliyevin istəyi ilə komandaya dəvət edilib. Onun son iş yeri U-17 yığması olub. Çalışdırıcı millidə Küveytə yollanan Ramiz Kərimovu əvəzləyib.

Qeyd edək ki, Ü.İbrahimovun məşqçilər korpusunda yer aldığı U-19 yığması ilə Nikolay Adam və Vüqar Məmmədlə mərhələ adlayıb. (ApaSport)

AzNews.az