Bu dairədən 45 nəfər deputat olmaq istəyir

13 Yanvar 2020 18:39 (UTC+04:00)

15 saylı Yasamal Birinci Seçki Dairəsindən rekord sayda deputatlığa namizəd var.

DSK-dan verilən məlumata görə, 45 nəfər imza vərəqi götürüb. İmza vərəqələri təqdim edənlərdən bəzilərinin namizədliyi qeydə alınmayıb, bir–neçə nəfər isə imza vərəqələrini geri qaytarmayıb.

Dairədən neçə nəfərin qeydə alınacağı isə hələlik məlum deyil.
Bildirək ki, Müsavat başqanı Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu, deputat Ülvi Quliyev, Elçibəyin qohumu, Bəyaz Hərəkatının rəhbəri Hürrü Əliyev də bu dairədən deputatlığa namizəddir. (bakupost.az)

AzNews.az