"Tramp Süleymaninin öldürülməsi barədə göstərişi 7 ay əvvəl verib"

13 Yanvar 2020 20:23 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp 7 ay əvvəl rəsmi Tehranın artan hücumları nəticəsində daha bir amerikalının həlak olacağı təqdirdə iranlı general-mayor Qasım Süleymanin öldürülməsi barədə göstəriş verib.

AzNews.az “NBC News”a istinadən xəbər verir ki, məlumatı hazırkı və keçmiş rəhbər vəzifəli şəxslər yayıb.

Rəsmi şəxslər İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “Qüds” qüvvələrinin rəhbəri olmuş general Qasım Süleymaninin amerikalılara qarşı hücumlar planlaşdırdığını və dayandırılmalı olduğunu deyib.

"Prezidentə bir sıra başqa variantlar təqdim olunub. Məhz bir müddət əvvəl prezidentin köməkçiləri Süleymaninin qətlini İranın hücumlarına potensial cavab tədbirləri siyahısına daxil ediblər”, - deyə rəsmilər bildirib.

Onların sözlərinə görə, İran iyun ayında Amerikanın pilotsuz təyyarəsini vurduqdan sonra Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ABŞ prezidentini Süleymaninin öldürülməsini nəzərdə tutan əməliyyatı imzalamaqla intiqam almağa çağırıb.

Lakin Tramp ideyanı qəbul etməyib və bu addımın yalnız İranın qırmızı xətti keçəcəyi - bir amerikalının həlak olacağı təqdirdə atılacağını bildirib.

Pərvanə