Prezident nazirə irad tutdu: “Başlayırsan leksiya oxumağa” - VİDEO

14 Yanvar 2020 11:16 (UTC+04:00)

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə Maliyyə naziri Samir Şərifov hesabat verib. Bu zaman dövlət başçısı nazirdən xarici borcun azaldılması üçün nə qədər vəsaitin nəzərdə tutulduğunu soruşub. Samir Şərifov isə suala konkret cavab verməyib. Prezident nazirə irad tutaraq "Mən sadə sual verirəm, sən isə başlayırsan leksiya oxumağa" deyərək, ondan cavabı konkretləşdirməsini istəyib. (Qafqazinfo)

AzNews.az