Kanalımızın abunəçi sayı 1 milyonu keçdi - Şamxal Həsənlidən Xəzər TV açıqlaması

14 Yanvar 2020 12:54 (UTC+04:00)

Bu gün “Xəzər” Media Mərkəzinin rəsmi Youtube səhifəsinin abunəçi sayı 1 milyonu keçib.

Bu barədə xəbəri kanalın prezidenti Şamxal Həsənli öz “İnstagram” səhifəsində yayıb.

Ş.Həsənli “Bu uğurda əməyinə görə, bütün Xəzər TV əməkdaşlarına, əsas da dəyər verib izlədikləri üçün kanalımızın abunəçilərinə təşəkkür edirəm”, deyə qeyd edib. (yenicag.az)

AzNews.az