Aeroportdakı dəhşətli qətllə bağlı- Açıqlama

24 May 2013 11:22 (UTC+04:00)


AzNews.az-ın Nazirliyin rəsmi saytına istinadən məlumatına görə, mayın 23-də saat 14.00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportunun avtomobil dayanacağında Şərur rayon sakini Sahib Musayev tanışı, Ordubad rayon sakini Həsən Əhmədova məxsus "VAZ-2106" markalı avtomaşında qisas məqsədilə Ordubad rayon sakini Alim Əhmədovu bıçaqla qətlə yetirib.

Sonra o, meyiti həmin avtomaşınla Nərimanov Rayon Polis İdarəsinə gətirərək, könüllü təslim olub.

Qeyd edək ki, dünən bu barədə məlumatı ilk olaraq AzNews.az yazmışdı. Məlumatda qeyd etmişdik ki, hava limanında dəhşətli qətli törədən şəxs idman aləmində müəyyən nüfuza malik olan və "Şərurlu Musa" kimi tanınan Musa Musayevin qardaşıdır. Öldürülən A.Əhmədov isə Musa Musayevin ötən ilin dekabrında Moskvada güllələnərək öldürülən qardaşı Natiq Musayevin qatili imiş. S.Musayev də onu öldürərək, qardaşının qisasını alıb.

AzNews.az