Respublika Narkoloji Mərkəzinin baş direktoru dəyişib - RƏSMİ

14 Yanvar 2020 16:25 (UTC+04:00)

Səhiyyə Naziri Oqtay Şirəliyevin 14.01.2020-ci il tarixli əmrinə əsasən Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib. (APA)

AzNews.az