“İki günə hər şeyi açıqlayacam”

24 May 2013 11:33 (UTC+04:00)


Məlum olduğu kimi, müğənni Tunar Rəhmanoğlu mayın 4-də yol polsinin keçirdiyi reyd zamanı saxlanılıb. Həmin vaxt yol polisi əməkdaşları ilə Tunar Rəhmanoğlu arasında insident yaşanmışdı.

Hadisə yerinə gələn Post Patrul Xidməti əməkdaşları T. Rəhmanoğlunu saxlayaraq barəsinin inzibati tədbir görülməsi üçün məhkəməyə aparıblar.

Məhkəmənin qərarı ilə T. Rəhmanoğlu 10 sutka həbsə məhkum edilib. Məhkəmə həmçinin onu 1 il müddətinə sürücülük hüququndan da məhrum edib.

Müğənni isə ona verilən cəzanın ədalətsiz olduğunu deyir. Bu barədə AzNews.az-a məlumat verən Tunar Rəhmanoğlunun sözlərinə görə, onun həbsi ilə bağlı qaranıq qalan məqamlar iki günə açıqlanacaq:

"İki gün qalıb. Həqiqət açıqlanacaq. Bu belə qalmaz, bəzi şübhəli məqamlar var. Düzdür, torbamı tikdilər, cəzamı çəkmişəm. Üstəlik sürücülük vəsiqəm da əlimdən çıxıb. Adamı belə tələyə salıb tutmazlar. İnsanı qıcıqlandırıb, psixologiyasını pozub, istədiyini etmək olmaz. Bunun arxasında konkret insan var və onun kimliyi iki günə açıqlanacaq".

Bahar Rüstəmli
AzNews.az