Putin Medvedevə yeni vəzifə təklif edib

15 Yanvar 2020 18:12 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Dmitri Medvedevə Təhlükəsizlik Şurası sədrinin müavini vəzifəsini təklif edib.

"RİA Novosti"nin verdiyi xəbərə görə, V. Putin Təhlükəsizlik Şurası sədrinin müavini postunun yaradılması barədə göstəriş verib.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədri V. Putindir.

Xatırladaq ki, Rusiya hökuməti istefa verib.(APA)

AzNews.az