Yasamalda elektrik enerjisinin təchizatı dayandırılacaq

16 Yanvar 2020 18:30 (UTC+04:00)

Sabahdan Yasamal rayonu ərazisindəki A.Şaiq, L.Tolstoy, Ç.Mustafayev, M.Əliyev, A.Qarayev, Şahbazi küçələlərinin kəsişdiyi bəzi ərazilərdə elektrik enerjisinin təchizatı müəyyən müddətə qədər dayandırılacaq.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, buna səbəb, köhnə Sovetski adlanan ərazidə davam edən abadlıq və yenidənqurma işləri, köhnəlmiş elektrik veriliş xəttlərinin və yeraltı kabel xətlərinin (elektrik enerjisi infrastrukturunun yenidən qurulması) yenilənməsidir. (Trend)

AzNews.az