Rusiyada mer özünü yandıran yarıçılpaq kişini xilas etdi - FOTOLAR

16 Yanvar 2020 21:00 (UTC+04:00)

Rusiyanın İrkutsk vilayətinin Şeloxov şəhərində 32 yaşlı kişi İcra Hakimiyyətinin binasına gələrək, üzərinə yanacaq töküb yandırıb. Həmin vaxt orda olan şəhər meri Serqey Lipin ilk olaraq ona yardım edib və öz gödəkçəsi ilə alovu söndürüb.

Bu barədə Tayqa.info fotolar yayıb.

Lipinin sözlərinə görə, kişi alt paltarında olub.

İlkin məlumatlarda bildirilib ki, o, bədənin təxminən 70% yanıq xəsarəti ilə dərhal xəstəxanaya aparılıb. Hazırda kişinin vəziyyəti ağır qiymətləndirilir.

İstintaq Komitəsi Şeloxov sakininin heç bir tələb irəli sürmədiyini bildirib. Hadisə ilə bağlı araşdırmalar başladılıb. (musavat.com)

AzNews.az