Ata həyat yoldaşını, uşaqlarını və itini qətlə yetirib, 14 gün cəsədləri ilə yaşadı - FOTO / VİDEO

16 Yanvar 2020 21:32 (UTC+04:00)

ABŞ-ın Florida ştatında yaşayan 44 yaşlı fizioterapevt Antoni Todt həyat yoldaşını, 3 uşağını və itini öldürüb.

AzNews.az "Daily Mail"ə istinadən xəbər verir ki, o, iki həftə ailə üzvlərinin cəsədləri ilə bir evdə yaşayıb.

Yaxınları keçən həftə ailənin itkin düşməsi ilə bağlı polisə müraciət ediblər.

Qonşuları onları dekabr ayının ortalarından etibarən ailəni görmədiklərini deyib. Polislərin sözlərinə görə, cinayətkar iki həftə ərzində ailə üzvlərinə gələn mesajlara cavab verib.

A.Todt intihara cəhd etdiyi üçün saxlanıldıqdan sonra xəstəxanaya çatdırılıb. Hadisəyə səbəb kimi A. Todtun kreditorlara 100 000 dollar məbləğində borclu olmağı göstərilir.

Polis Russ Gibson ailə üzvlərinin ölüm səbəbinin sui-qəsd olduğunu təsdiqləyib.

“Antoni istintaqla əməkdaşlıq etdi və həyat yoldaşı Meqan Todtu və üç övladını öldürdüyünü etiraf etdi”, - deyə R. Gibson bildirib.

Pərvanə