Özünü səhvən ağacdan asan 4 yaşlı qız öldü - FOTOLAR

16 Yanvar 2020 22:11 (UTC+04:00)

Səhvən ağacdan asılı qalan 4 yaşlı qız ölüb.

AzNews.az xəbər verir ki, hadisə İngiltərədə baş verib.

Belə ki, skuteri ilə evinin yaxınlığındakı çəmənlikdə oynamağa gedən kiçik qız burada gördüyü ağaca dırmaşıb. Bu vaxt ayağı sürüşən qızın başındakı təhlükəsizlik dəbilqəsinin kəməri ağaca ilişib.

Təxminən yarım saat ağacdan asılı qalan qızı görənlər xilas edib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılan qız iki gün reanimasiyada qalandan sonra vəfat edib.

Baş verən olayla bağlı istintaq başladılıb. Sözügedən ağacın kəsildiyi bildirilir.

Pərvanə