Türkiyədə vətəndaşlar arasında sorğu keçirilib: Dost deyiləndə ağıla gələn ilk ölkə hansıdır?

17 Yanvar 2020 13:03 (UTC+04:00)

"Public Status" Araşdırma və Konsaltinq şirkəti Türkiyənin 25 vilayətində 13-16 yanvar tarixlərində sorğu keçirilib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2275 nəfərə “Türkiyənin dostu deyiləndə ağıla gələn ilk ölkə hansıdır?” sualı ünvanlanıb.

İştirakçıların 32.11%-i suala cavab olaraq "Azərbaycan" deyib. Verilən cavablara görə, digərlərindən müsbət mənada fərqlənən üç ölkə - Qətər 14.62%, Rusiya 13.58%, Pakistan 7.60% səslə siyahıda yerini alıb.

Dost deyiləndə ağıla ilk gələn ölkə olaraq Şimali Kipr Türk Respublikasını görənlər isə 7.19% təşkil edir.

Pərvanə