İran və Kanada Xarici İşlər nazirləri görüşəcək

17 Yanvar 2020 13:56 (UTC+04:00)

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif kanadalı həmkarı Fransua-Filip Şampanla görüşəcək.

Bu barədə İran XİN-in sözçüsü Abbas Musəvi "Twitter"də qeyd edib.

"İran İslam Respublikasının Xarici İşlər naziri Dr. Cavad Zərif Hindistan səfərindən qayıdarkən Omanın paytaxtı Muskatda Kanada XİN başçısı ilə qısa bir görüş keçirəcək", - deyə Abbas Musəvi bildirib. (APA)

AzNews.az